2021 Təbii Resursların İdarəedilməsi İndeksi: Azərbaycan (Neft və Qaz)
English »
Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (TRII) 100 baldan 56 bal toplayaraq, 2017-ci ilin Təbii Resursların İdarəedilməsi İndeksi ilə müqayisədə doqquz pillə yüksəlib. Ölkənin bu sektordan yaranan dəyərin reallaşması qabiliyyəti və ümumi “əlverişli mühit” göstəricisi son qiymətləndirmədən sonra pisləşsə də, gəlir idarəçiliyi üzrə göstərici 35 pillə irəliləyib və hazırda “yaxşı” icra qrupuna daxil olub.
TRİİ Azərbaycanda neft və qaz sektoru üzrə idarəçiliyinin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlər planını tövsiyə edir:
Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (TRII) 100 baldan 56 bal toplayaraq, 2017-ci ilin Təbii Resursların İdarəedilməsi İndeksi ilə müqayisədə doqquz pillə yüksəlib. Ölkənin bu sektordan yaranan dəyərin reallaşması qabiliyyəti və ümumi “əlverişli mühit” göstəricisi son qiymətləndirmədən sonra pisləşsə də, gəlir idarəçiliyi üzrə göstərici 35 pillə irəliləyib və hazırda “yaxşı” icra qrupuna daxil olub.
- Lisenziyalaşdırma prosesində qaydaların və məlumat açıqlılığının olmaması, habelə, vəzifəli şəxslərin maliyyə maraqlarının açıqlanması və sektorda iştirak edən şirkətlərin benefisiar sahiblərinin müəyyən edilməsi ilə əlaqədar problemlər səbəbindən, lisenziyalaşdırmanın idarə edilməsi bölməsi 11 bal toplayaraq, “qeyri-qənaətbəxş” kimi dəyərləndirilib.
- Yerli təsirlərin idarə edilməsi bölməsi, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, eyni zamanda, ətraf mühitə təsirlərin azaldılması planları ilə bağlı qanunlar və məlumat açıqlanması məsələlərinə görə “qeyri -qənaətbəxş” kimi qiymətləndirilmişdir.
- Dövlət neft şirkəti olan ARDNŞ, məhsul satış qaydaları və açıqlamaları xüsusilə problemli olduğu üçün “qənaətbəxş” qrupunun aşağı hissəsində yer alıb.
- Fiskal qaydaların tətbiqi və onların monitorinqi milli büdcə alt komponentinin dəyərləndirilməsini 2017-ci il TRİİ ilə müqayisədə 37 bənd artırmışdır.
- Ölkənin suveren rifah fondu olan ARDNF, həm hüquqi çərçivədə, həm də məlumatların açıqlanmasındakı irəliləyişdən dolayı “yaxşı” bal toplamışdır.
TRİİ Azərbaycanda neft və qaz sektoru üzrə idarəçiliyinin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlər planını tövsiyə edir:
- Azərbaycanın 2017-ci ildə MSŞT-dən çıxmasına baxmayaraq, Nazirlər Kabineti ölkənin hasilat sektoru ilə bağlı məlumat açıqlanmasını və bu sahədə ən yaxşı təcrübələrin tətbiq olunmasını təmin etməlidir. Bu, həm də vətəndaş cəmiyyəti ilə əməkdaşlığın və benefisiar mülkiyyətlə bağlı açıqlamaların təkmilləşdirilməsi deməkdir.
- ARDNŞ məhsul satışının həcmi və dəyəri, habelə, neft alıcılarının kimliyinin açıqlanmasını təmin edən məlumat dərc etməlidir.
- ARDNF məlumat açıqlığı sahəsində əldə edilən ümidverici irəliləyişi davam etdirməli və bu, Azərbaycandakı digər dövlət qurumları üçün bir meyar kimi istifadə edilməlidir.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə təsirlərin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanmasını tələb edən qanunlar qəbul etməli və hasilat sektorunda ekoloji risklərin azaldılmasına təkmil yanaşma təmin etmək üçün daha sərt qaydalar və monitorinq sistemləri tətbiq etməlidir.
- Energetika Nazirliyi mövcud qaydaların daha şəffaf və hesabatlı olması üçün onların yenilənməsində əsas rol oynamalıdır.
2021-ci il TRİİ, təbii resurslarla zəngin 18 ölkənin neft, qaz və mineral sərvətlərini necə idarə etdiklərini qiymətləndirir. İndeksin tərkib balı üç komponentdən ibarətdir. Bunlardan ikisi hasilat sektorunun əsas xüsusiyyətini - dəyər reallaşması və gəlir idarəçiliyini ölçür; üçüncüsü isə idarəetməni daha geniş məzmununu - əlverişli mühiti əhatə edir. İdarəçiliyin bu üç ümumi ölçüsü 136 sualın cəmlənməsi ilə hesablanan 51 indikatordan ibarət 14 alt komponentdən ibarətdir. Qiymətləndirmə 2019-2020-ci illəri əhatə edir. İndeks və onun necə təşkil edilməsi haqqında daha çox məlumat üçün TRİİ Metod Sənədini nəzərdən keçirin.